Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi


Dövlət İmtahan Mərkəzindən (DİM) “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

DİM-dən Modern.az-a verilən məlumata görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər.

Lakin iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...