İki bankın filialı ləğv olundu

İki bankın filialı ləğv olundu


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib.

Palatadan Gundeminfo.az-a daxil olan xəbərə görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

Direktorlar Şurasının iclasında həmçinin “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...