Lift idarələrində ciddi yeyintilər - 3 rəis həbs edildi - son dəqiqə

Lift idarələrində ciddi yeyintilər - 3 rəis həbs edildi  -


Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyində yoxlamaları yekunlaşıb. Əvvəllər də məlumat verildiyi kimi, uzun müddətdir davam edən yoxlamalar nəticəsində ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb. Vergilər Nazirliyindəki mənbə musavat.com-a bildirib ki, bu nəticələr əsasında həbslər həyata keçirilib. 3 böyük idarənin - “Bakılift-təmir”ə tabe olan “Baklift-1", ”Bakılift-2" və “Bakılift-3” ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri həbs edilib.

Yeri gəlmişkən, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında “Bakılift-təmir”in də adı var. Məlumata görə, “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var idi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...