İlin əvvəlindən 285 nəfər bank sektoru ilə vidalaşıb

İlin əvvəlindən 285 nəfər bank sektoru ilə vidalaşıb
2017-ci ilin mart ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 662 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, fevralda bank sektorunda çalışanların 266 nəfəri işdən çıxıb. Belə ki, yanvar ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 928 nəfər olub.

Ümumiyyətlə, bu ilin 2 ayında bank sektorunu 285 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub. Başqa sözlə, yanvar ayında 19 nəfər bank sektoru ilə vidalaşmalı olub.

Qeyd edək ki, hazırda ölkədə 32 bank fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...