"Metroda partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur"

 "Metroda partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur"
"Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
"Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək", - S.Qasımov bildirib.
O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

S.Qasımovun hadisə yerindən əldə etdiyi məlumata görə, metrodakı partlayışlar zamanı 5 nəfər ölüb, 55 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...