Xırdalanın bir hissəsi işıqsız qalıb

Xırdalanın bir hissəsi işıqsız qalıb


Abşeron rayonu Xırdalan şəhərinin bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "APA-Economics" xəbər verir ki, Xırdalanın 28-ci məhəllə adlanan ərazisi saat 11:00 radələrindən etibarən işıqsız qalıb.

Məhəllənin sakinlərinin sözlərinə görə, "Azərişıq" ASC-nin əməkdaşları problemi aradan qaldırmaq istəsə də, 4 saatdan artıq (saat 15:10-dək - red.) vaxt ərzində buna nail olmaq mümkün olmayıb. "Artıq 4 saatdır ki, işıq üzünə həsrətik. "Azərişıq" səhər bəyan edib ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Amma bu bəyanatdan bir qədər sonra işıq kəsilib və hələ də işıq üzünə həsrətik", - deyə məhəllənin 16-cı binasının sakinlərindən biri bildirib.

"Azərişıq" ASC-dən isə "APA-Economics"ə bildiriblər ki, hadisə yerində çalışan qəza xidmətinin əməkdaşları problemi aradan qaldırmaq üzrədir və elektrik enerjisinin təchizatı tezliklə bərpa olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...