Sürət Hüseynov qiyamında iştirak edən icra başçısı öldü

Sürət Hüseynov qiyamında iştirak edən icra başçısı öldü


Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında məhkum ölüb.

Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, dünyasını dəyişən şəxs 75 yaşlı Hüseynov Vaqif Rza oğludur. Məlumata görə, saxlanıldığı kamerada dünyasını dəyişən V. Hüseynov şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkirmiş. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında V. Hüseynovun xəstəlikdən dünyasını dəyişdiyini bildirib. Qeyd edək ki, V. Hüseynov 1993-94-cü illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq həbs olunub.

Qeyd olunan işlərlə əlaqədar V. Hüseynovla yanaşı, onun oğlu və digər iki nəfər də tutulub. Məhkəmə 1996-cı ildə V. Hüseynovun barəsində ölüm hökmü çıxarıb. Lakin sonradan V. Hüseynovun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...