“Bu artıq neçənci dəfədir ki, məni “işdən çıxarırlar”” - Yasamalın icra başçısı

“Bu artıq neçənci dəfədir ki, məni “işdən çıxarırlar”” -


Bəzi xəbər saytlarında bir neçə icra başçısının, o cümlədən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vəzifədən azad olunacağına dair informasiyalar yayılıb. İnformasiyada qeyd olunur ki, İbrahim Mehdiyevin özünə də bununla bağlı xəbərdarlıq olunub. Editor.az məsələyə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin özündən münasibətini öyrənib. Sualımızı təəccüblə qarşılayan icra başçısı bu barədə xəbərsiz olduğunu deyib:

“Mən Cənab Prezident İlham Əliyevin əsgəriyəm. Nə zaman desə ki, işdən get, gedəcəm, desə qal, qalacam. Bu məsələ Prezidentin səlahiyyətinə aid olan məsələdir. O ki qaldı bəzi mətbuat orqanlarında mənim istefaya göndəriləcəyimlə bağlı yayılan xəbərlərə, bunu gedin onların özlərindən soruşun ki, niyə yalan yazır, cəmiyyəti aldadırlar. Bu artıq neçənci dəfədir ki, məni “işdən çıxarırlar””.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...