İki cüdoçumuz qalib gəldi- Yenilənib
Bu gün I Avropa Oyunlarında cüdo yarışlarında daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaqlar.
AzVision.az-ın məlumatına görə, bu çəkilərdən yalnız birində (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək.
Bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Bir çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunacaq.
Kişilər
90 kq
İlk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov, portuqaliyalı Çelio Diasla qarşılaşacaq.
100 kq
Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz 1/16 finalda rəqibi Zlatko Kumriç (Xorvatiya) olacaq.
Bayraqdarımız Elmar Qasımov 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
+100 kq
Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq.
Qadınlar
78 kq
Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 finalda Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
***
+100 kq çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb. Bu görüşdə ölkəmizi təmsile dən Uşanqi Kakauri ipponla qәlәbә qazanıb.
***
100 kq çəki dərəcəsində cüdoçumuz Elxan Məmmədov xorvatiyalı Zlatko Kumriçi ipponla məğlub edərək 1/8 finala çıxıb.
Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.
1305 dəfə oxundu