6 cüdoçumuz məğlub oldu- yenilənib

6 cüdoçumuz məğlub oldu-

Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək. AzVision.az xəbər verir ki, 5 medal dəstinin sahibi bu gün bəlli olacaq. Ölkəmizi təmsil edən 8 cüdoçu tatami üzərinə çıxacaq. Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçiləri Orxan Səfərov 1/8 finalda Monteneqro təmsilçisi Yan Siçardi ilə belaruslu Arif Bağırov görüşünün qalibi, İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla israilli Alon Rəhim duelinin qalibi ilə üz-üzə gələcək. 66 kq çəki dərəcəsində də ölkəmiz 2 idmançı ilə təmsil olunur. 1/16 finalda Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla, Tərlan Kərimov isə rusiyalı Mixail Pulyayevlə qarşılaşacaq.

Qadınlar arasında 48 kq çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi sloveniyalı Kristina Vrsiç olacaq.

Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkəcək.

52 kq çəki dərəcəsində 1/16 final mərhələsində qüvvəsini sınayacaq Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək.

57 kq çəkidə isə Kifayət Qasımova da yarışa 1/16 finalda serbiyalı Yovana Roqiçlə qarşılaşacaq.

***

Xanım cüdoçumuz Leyla Əliyeva sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib və görüşdən qalib kimi ayrılıb.

48 kq-da mübarizə aparan daha bir xanım cüdoçumuz Aişə Qurbanlı rusiyalı Kristina Rumyanstevaya qalib gəlib.

***

66 kq-dək çəki dərəcəsində çıxış edən daha bir təmsilçimiz - Avropa çempionatı və Qran-pri turnirinin mükafatçısı Tərlan Kərimov 1/16 finalda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb. Bu görüşdə rus idmançısı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə keçib.

48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva isə 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə qarşılaşıb. Cüdoçumuza saxlama fəndi tətbiq edən belçikalı idmançı vaxtından əvvəl qələbə qazanıb.

***

Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla qarşılaşıb və təmiz qələbə qazanıb.

***
Kifayə Qasımova sebriyalı Yovana Roqiçə, Aişə Qurbanlı italiyalı Valentina Moskatta, İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosa uduzub.

***
52 kq çəki dərəcəsində isə 1/16 final mərhələsində qüvvəsini sınayan Səkinə Zairova israilli Roni Şvartsla üzləşib. Gərgin keçən döyüş rəqibin xeyrinə yekunlaşıb. Cüdoçumuz ipponla uduzub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...