Bağlanış mərasiminə əlavə biletlər satılmayacaq

Bağlanış mərasiminə əlavə biletlər satılmayacaq

Avropa Oyunlarının Bağlanış mərasimi üçün əlavə biletlər satılmayacaq

Bunu bu gün keçirilən mətbuat konfransında Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. O, qeyd edib ki, tədbirə maraq böyükdür:

“Amma bütün biletlərin satılması o deməkdir ki. bütün yerlər doludur. Buna görə, təəssüflər olsun ki, əlavə biletlər satılmayacaq. Eyni zamanda bu günün yarışlarına bütün biletlər satılıb”.

Onun sözlərinə görə, hazırda 3317 idmançı media kәndindәdir:


“Könüllülәr hәr gün yüksәk göstәricilәr nümayiş etdirir, hәr kәs onlara minnәtdardır. Bu gün әrzindә 21 medal dәsti öz sahibini tapacaq. Dünәn internet sәhifәmizә 6 milyon insan daxil olub. Bugünkü idman yarışlarına bütün biletlәr satılıb. Cüdo üzrә idman yarışları bu gün başlayacaq. Voleybol üzrә yarımfinal keçirilәcәk, Türkiyә vә Azәrbaycan qarşılaşacaq. Fantastik ab-hava olacaq. Sabah Azərbaycanda milli bayram olduğu üçün 29 min tamaşaçının yarışları izlәmәsini gözlәyirik”.

O həmçinin qeyd edib ki, sabah 28 minə yaxın tamaşaçının oyunlara baxmağa gələcəyi gözlənilir. 26 iyun Azərbaycan Sİlahlı Qüvvələr Günü - qeyri iş günü olduğundan tamaşaçıların əvvəlki günlərə nisbətən daha aktiv olacağı gözlənilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...