Şamaxı rəsədxanasının direktoru işdən çıxarıldı

Şamaxı rəsədxanasının direktoru işdən çıxarıldı

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub.

AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib. Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub. Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib. Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub ("report").


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...