“Azərbaycan I Avropa Oyunlarını yaxşı təşkil edib” - Avstriyalı idmançı

“Azərbaycan I Avropa Oyunlarını yaxşı təşkil edib” -

“Yaxşı ki, Azərbaycan “Bakı 2015” ilk Avropa Oyunları kimi idman tədbiri təşkil edib”. Bu barədə Trend-ə Avstriyanı I Avropa Oyunlarında yüngül atletika idman növündə təmsil edən Yuliya Siart deyib.

İdmançı siyasətçilərin və hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarını tənqid etmələri ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib: “Bu sahədə ekspert deyiləm. Bununla yanaşı, hesab edirəm ki, insanların bir yerə toplaşması, belə bir tədbir təşkil etməsi və idmançıların bir-biri ilə mübarizə aparması çox yaxşı haldır”.

Y.Siart bildirib ki, Bakıda I Avropa Oyunları yaxşı təşkil olunub: “Hər şey – məşqlər, yarışlar cədvəl üzrə gedir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...