1585 nəfər imtahana gəlməyib

1585 nəfər imtahana gəlməyib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, nəticələrə əsasən 9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 21191 şagirddən 717 nəfəri imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20468 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 18124 şagirddən 868 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 17254 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...