Həbsdəki MTN generalları üzləşdirildi- ÇOVDAROVLA QULİYEV BİR-BİRİNİN ÜZÜNƏ DURDU

Həbsdəki MTN generalları üzləşdirildi-


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib. Bu barədə GUNUNSESİ.İNFO-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, üzləşmə MTN-nin Anti-terror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb hər iki şəxsin istintaqa bir-birləri əleyhinə verdikləri ifadə olub. Qeyd edək ki, hər iki general Eldar Mahmydovun mütəşəkkil dəstəsinin əsas simalarından olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...