Dollar durmadan bahalaşır - Bu günün rəsmi məzənnəsi

Dollar durmadan bahalaşır -


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən musavat.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 18-i ilə müqayisədə 0,25% artaraq 1,6204 manat səviyyəsinə yüksəlib. Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,54% möhkəmlənərək 1,8370 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,4% artaraq 0,0254 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,33% zəifləyərək 0,5518 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1299 manatdır. Beləliklə, funt sterlinq 0,95%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 2,24% artaraq 0,7123 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1050 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...