Rəsul Çunayev Olimpiadada çıxışlarına qələbə ilə başladı

Rəsul Çunayev Olimpiadada çıxışlarına qələbə ilə başladı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev ilk görüşünə çıxıb. 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/16 finala təsadüf edən ilk görüşdəki rəqibi kubalı Migel Martines Palasio olub.

İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Qeyd edək ki, Rəsul Çunayevin növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...