Millət vəkili şəhid ailəsilə əlaqə saxladı FOTO

Millət vəkili şəhid ailəsilə əlaqə saxladı


“Qarşılaşdıqları problem barədə mənə müraciət etməsini xahiş etdim”. “Bu gün mətbuatda aprel döyüşlərində şəhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın bir neçə məsələ ilə bağlı müsahibəsi çıxıb.

Şəhid ailəsi Mingəçevirdə yaşadığına görə dərhal Vüsalə xanımla əlaqə saxladım. Qaldırdığı məsələlərin bir qismi həll olunmaq mərhələsindədir və bu barədə ona məlumat verildi”. Bunu Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə deyib. Onun dediyinə görə, digər məsələrlə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi ilə əlaqə saxlayıb.

“Şəhid statusu ilə əlaqədar bir neçə məsələnin həllinin şəhər rəhbərliyinin nəzarətində olduğunu və yaxın günlərdə həllini tapacağını bildirdilər. Şəhər xəstəxansından dərhal onun evinə həkim göndəriləcəyinə söz verdilər və nəticəsi bardədə mənə bu gün məlumat verəcəklər.

Şəhər təhsil şöbəsi şəhid ailəsinin məktəbə hazırlıq məsələsini öz üzərinə götürüb.

Bütün bu məslələr barədə şəhidin ailəsinə xəbər verildi və qarşılaşdığı istənilən problem barədə mənə müraciət etməsini xahiş etdim”.(Gununsesi.info)


Millət vəkili şəhid ailəsilə əlaqə saxladı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...