Bakıda daşınmaz əmlak bazarında vəziyyət necədir? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında vəziyyət necədir? -


Bakının daşınmaz əmlak bazarında 2016-cı ilin iyul ayında qiymətlər iyun ayı ilə müqayisədə 0,08 faiz artıb. Bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, uzun müddətdən sonra bu ay qiymətlərdə cüzi artım hiss olunub: "Ümumilikdə ilin əvvəli ilə müqayisədə qiymətlər 25,58 faiz, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 29,1 faiz azalıb".

Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlərin artmasına ümumilikdə kommersiya obyektləri, eləcə də mənzil və obyektlərin kirayə bazarındakı qiymət artımı təsir edib.

N.İbrahimov qeyd edib: “Kommersiya obyektləri bazarında iyul ayında qiymətlər 3,61 faiz artıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 16,8 az, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 20,16 faiz azdır. Mənzillərin kirayə bazarında bu ay qiymətlər 1,2, obyektlərin kirayəsi bazarında isə 7,82 faiz artıb. Bu göstəricilər ötən ilin iyul ayı ilə müqayisədə müvafiq olaraq 29,2 və 26,44 faiz azalıb".

Ekspert bildirib ki, ilkin və təkrar mənzil bazarında, eləcə də torpaq bazarında müvafiq olaraq 1,71 faiz, 2,21 faiz və 0,41 faiz azalma müşahidə olunub.

N.İbrahimov həmçinin vurğulayıb ki, yay aylarında həmişə əmlak bazarında qiymətlərdə azalma müşahidə olunur: "Düşünürəm avqustda biz bu bazarda yenidən qiymətlərdə azalma müşahidə edəcəyik. Lakin payız aylarından başlayaraq qiymətlərdə nisbi artım gözlənilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1029 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...