“Sağlam yaşam Sağlam gələcək naminə ”layihəsinin icrasını uğurla başa çatdı FOTO

“Sağlam yaşam Sağlam gələcək naminə ”layihəsinin icrasını uğurla başa çatdı


"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərəDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam yaşam Sağlam gələcək naminə ”layihəsinin icrasını uğurla başaçatdırdı.

Layihənin əsas məqsədi internat və uşaq evlərində təhsil alan və bu müəssisələrdən məzun olan gənclərə sağlamlığının qorunması və sağlam həyat tərzinin prinspləri, pis və zərərli vərdişlərdən çəkinmə, yolxucu xəstəliklərin əlamətləri və onlardan qorunma yolları haqqında mariflandirmək idi. Həmçinin layihə vasitəsilə gənclərə cəmiyyətə inteqrasiya prossesində yarana bilən psixoloji problemlər və onların həlli, aktiv həyat tərzi, vaxtın düzgün istifadə olunması və s. aktual mövuzlarda dəstək olmağa çalışıldı.
Layihə 3 ay boyunca Azərbaycanın müxtəlif bölgələrində həyata keçirildi. Fəaliyyət planına əsasən layihə Quba, Şəki, Lənkəran rayonlarında və Bakıda yerləşən uşaq evləri və internat müəssisələrində icra olunub. Təşkil olunan təlim-seminarlar çox böyük marağa səbəb oldu. Hər müəssisədəiki gün ərzində təlimçi ümumi olaraq 4mövzuda təlim-seminar keçirib.
- Sağlam həyat tərzi
- Yoluxucu xəstəliklərdən qorunmağın yolları
- Pis və zərərli vərdişlərdən çəkinmə
- Asudə vaxtının səmərəli keçirilməsi
İnteraktiv formada keçirilən təlim-seminarlarda gənclər faydalı məlumatlar öyrənib, psixoloq məsləhətləri alıblar. Yuxarıda adı çəkilən mövzularla bağlı gənclərə bukletlər paylandı.
Layihənin sonunda yuxarıda qeyd olunmuş məktəblərin məzunlarınasağlam həyat tərzini təbliğ etmək məqsədilə Göygöldə 2 günlük yürüş tipli yay düşərgəsi təşkil olundu.Düşərgədə gənclər Göygöldən Maral gölə piyada yürüş ediblər. Təxmini 7 km-ə qədər yolu piyada qət ediblər. Bu yürüş sağlam həyata dəvət istiqamətində aksiya xarakteri daşıyırdı.Bundan başqa düşərgədə yuxarıda adı çəkilən aktual mövzular barədə məlumat verildi, həmçinin müxtəlif uşaq evi və internat məktəblərinin məzunları Gəncə şəhəri ilə tanış oldular.


“Sağlam yaşam Sağlam gələcək naminə ”layihəsinin icrasını uğurla başa çatdı
“Sağlam yaşam Sağlam gələcək naminə ”layihəsinin icrasını uğurla başa çatdı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...