Azərbaycanda 92 min insanın gözündə problem var

Azərbaycanda 92 min insanın gözündə problem var


Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin ümumi sayı 24,3 min nəfərdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanda korluğun və görmə üzrə əlilliyin profilaktikası, əhaliyə oftalmoloji yardım əsas tibbi-sosial problemlərdən biridir. Bu problemin həll edilməsində Milli oftalmologiyanın nailiyyətlərinin böyük rolu vardır.

Məlumatda qeyd edilib ki, ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8,0 mindən artıq xəstə müraciət edir, onlardan 5 minə yaxın birincili müraciətlərdir.

Masallı Regional şöbəsinə ay ərzində orta hesabla 460 artıq xəstə, Gəncə Filialına isə 1000 artıq xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı isə 92 976 nəfərdir.

Qeyd edək ki, 8 avqust 2004-cü ildən Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu bayram dünya şöhrətli oftalmoloq Svyatoslav Nikolayeviç Fyodorovun anadan olduğu gün ilə bağlıdır (08.08.1927).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...