Azərbaycana turist axını 30 dəfə artıb

Azərbaycana turist axını 30 dəfə artıb


Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu tendensiya özünü 2016-cı ilin ilk 6 ayında göstərib. Axar.az xəbər verir ki, son 6 ay ərzində Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayında artım müşahidə olunur.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin mayında ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə artıb: “Cari ilin 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 972 min nəfər təşkil edib. Bu rəqəmin içində üstünlük ilk növbədə Rusiya vətəndaşlarının, daha sonra İran, Türkiyə və ərəb ölkələrinin payına düşür. Şübhəsiz ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu rəqəmlərə müsbət təsirini göstərib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...