FED rəhbərlərindən dollarla bağlı şağırış

FED rəhbərlərindən dollarla bağlı şağırış


Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli Federal Ehtiyatlar Sistemini (FED) bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb.

"APA-Economics" xəbər verir ki, U. Dadli bu addımın çox ciddi fəsadlarının olacağına işarə edib.

"FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq", - deyə o qeyd edib.

U. Dadli uçot dərəcəsinin artırılmasına mane olan bir sıra amillərin olduğunu bildirib: "Söhbət həmçinin xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var".

Qeyd edək ki, U. Dadli (toplantılarda səsvermə hüququna malikdir) FED rəhbəri Canet Yellənlə çox yaxın münasibətlərdədir və tənzimləyici tərəfindən verilən qərarlara təsir edə biləcək şəxslərdəndir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...