Amerika diplomatlarının ailələri Türkiyəni tərk edir – terror xəbərdarlığı

Amerika diplomatlarının ailələri Türkiyəni tərk edir –


ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Türkiyədə terror təhlükəsi haqqında xəbərdarlığı yeniləyib. Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Ankaradakı səfirliyinin saytında bildirilir. ABŞ Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Amerika diplomatlarının ailələrinə ölkəni tərk etməsinə səlahiyyət verib.

“ABŞ Dövlət Departamenti Türkiyədə terror qrupları tərəfindən yüksək təhlükə haqqında ABŞ vətəndaşlarını xəbərdar etməyə davam edir və onlara Türkiyənin cənubi-şərq rayonlarına səfərlərdən çəkinməyə məsləhət görür. Həmçinin ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğunda çalışan əməkdaşların ailələrinə 25 iyul 2016-cı il tarixindən könüllü olaraq ABŞ-a yola düşməsinə səlahiyyət veririk”, - sənəddə deyilir.

Qeyd edilir ki, Amerika diplomatik missiyanın əməkdaşların ailələrinin yola düşməsi həmçinin ABŞ-ın İzmir və Adanakı baş konsulluqlarına aiddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...