Azərbaycanda əhalinin sayı 10 milyona çatır

Azərbaycanda əhalinin sayı 10 milyona çatır

2016-cı ilin yanvar-may aylarında Azərbaycanda əhalinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 2016-cı il iyun ayının 1-i vəziyyətinə 9 milyon 747 min 400 nəfərə çatıb. Virtualaz.org bildirir ki, məlmatı Dövlət Statistika Komitəsi yayıb.
Məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
700 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...