Bakıda mağazaya basqın edən şəxslər satıcını vuraraq pul aparıblar

Bakıda mağazaya basqın edən şəxslər satıcını vuraraq pul aparıblar


Bakıda mağazaya basqın olub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Quba rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Xasıyevin işlədiyi Binəqədi şossesindəki mağazaya gələn şəxsiyyəti məlum olmayan şəxslər, onun başına şüşə qabla (butulka) ilə vuraraq xəsarət yetirib oradan 300 manat pul götürüb hadisə yerini tərk ediblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Xasıyevin 300 manat pulunu quldurluq yolu ilə alanlardan birinin Naftalan şəhər sakini Toğrul Musayev olması müəyyən edilib və tutulub.

Araşdırmalar zamanı Toğrul Musayevin hadisəni Cavanşir Musayevlə birgə törətməsi müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...