Gəncədə mühim toplantı FOTOLAR

Gəncədə mühim toplantı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə “Azərbaycan Respublikasının innovativ inkişafının yeni mərhələsində sosial müəssisələrin potensialı” mövzusunda seminar keçirib.

Heydər Əliyev Mərkəzində keçirilən seminardan əvvəl iştirakçılar ulu öndərin mərkəzin qarşısında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra Mərkəzlə tanışlıq olub. Seminarı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanda gedən iqtisadi islahatlardan, bu islahatlar nəticəsində qazanılan uğurlardan danışıb.


Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı beynəlxalq təşkilatların sənədlərində”, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyevin “Gəncə regionunda sosial sahibkarlığın potensialı”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Rəhimlinin “Azərbaycanın innovativ inkişafında kadr potensialının təkmilləşdirilməsi” və həmin akademiyanın analitik təhlil işləri üzrə müşaviri, filologiya üzrə fəlsəfə doktoru Ziyafət Həbibovanın “Azərbaycanda innovativ inkişafın sabit və davamlı faktoru kimi ictimai birliklərin insan potensialı və sosial sahibkarlıq” mövzularında məruzələri dinlənilib.

Seminarda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Gəncədə mühim toplantı
Gəncədə mühim toplantı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...