Cavid Qurbanov: Dəmir yolu tariflərinin dəyişdirilməsi gündəmdə deyil

Cavid Qurbanov: Dəmir yolu tariflərinin dəyişdirilməsi gündəmdə deyil


Azərbaycanın daxilində dəmir yolu daşımaları üzrə tariflərin dəyişdirilməsi məsələsi gündəmdə deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib: "Beynəlxalq istiqamətlər üzrə tarif siyasəti bizdən asılı deyil, orada beynəlxalq sazişlər, İsveçrə frankının məzənnəsi və s. rol oynayır. Daxili reyslərə gəlincə, hətta Bakı-Sumqayıt elektrik qatarı üzrə gedişin maya dəyərinin təqribən 6 dollar, bir sərnişin üçün biletin qiymətinin isə 0,8 manat olmasına baxmayaraq, daxili reyslər üçün tariflərin dəyişdirilməsini nəzərdən keçirmirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...