“Məhəmməd Əli idman dünyası və Olimpiya hərəkatı üçün heç nə etməyib” - Ağacan Əbiyev

“Məhəmməd Əli idman dünyası və Olimpiya hərəkatı üçün heç nə etməyib” -


“1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnit təşkil edilmişdi”. Bunu AzVision.az–a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev deyib.

Deputat bildirib ki, Məhəmməd Əlinin doğum günü ilə əlaqədar təşkil edilən turnirdə iki boksçumuz - Rövşən Hüseynov və Əli İsmayılov iştirak edib.

“Turnirə gedəndə özümüzlə hədiyyə aparmışdıq. Məhəmməd Əli ilə görüşəndə hədiyyəni ona təqdim etdik və xatirə şəkili çəkdirdik. Həmin turnirdə dünyanın bir çox ölkələrindən idmançılar iştirak edirdi. Məhəmməd Əli həmin vaxtlarda da xəstə idi, hətta danışmaqda çətinlik çəkirdi”.

Millət vəkil hesab edir ki, Məhəmməd Əlinin yaxşı boksçu olsa da, dünyada boksun inkişafı üçün heç nə etməyib: “Məhəmməd Əli gözəl boksçu olub. Öz üzərində işləyib, həyatı və ölkəsi üçün uğurlar əldə edib. Ən azından istedadlı boksçu idi. O, rinqə çıxaraq pul qazanırdı. Hesab edirəm ki, ən yaxşı profesional boksçu Con Luis olub. Sonra Məhəmməd Əli onu əvəz edib. Yaxşı insan olan Məhəmməd Əli idman dünyası və Olimpiya hərəkatı üçün heç nə etməyib”.

Xatırladaq ki, Məhəmməd Əli 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...