Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib

Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib


Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı ilin ilk 4 ayında vətəndaşlardan daxil olan 129 şikayətə baxılıb.

Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müraciətlərdən 32-si təkrar olub. Dörd ayda sektora 502 xidməti məktub daxil olub ki, onlar da 308-i araşdırılıb və cavablandırılıb. Yoxlama tədbirləri nəticəsində 11 saxta diplom aşkarlanıb, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...