Azərbaycan Qətərə ət sata bilər

Azərbaycan Qətərə ət sata bilər


GUNDEMİNFO.AZ oxu.az-a istinadən bildirir ki, bu sözləri Kənd Təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə deyib. "Biz onlara öz təklifimizi bildirdik, məsələn, müştərək müəssisə yaratmaq, yaxud logistik mərkəzləri burada inşa edib, Azərbaycandan məhsulları alıb Qətərə daşımaq, yaxud nümayəndəlik açıb yerli iş adamları ilə müqavilə, yaxud fermerlər ilə müqavilə bağlayıb, məhsulu alıb, Qətərə idxal etmək və digər bu aspektlərdə bizim müzakirəmiz olub".

Onun sözlərinə görə, Azərbaycanda ət məhsullarının keyfiyyəti Qətəri daha çox cəlb edir: "Onların maraq göstərdikləri sahələrdən biri də qoyunçuluqdu. Əsasən, Azərbaycanda iri buynuzlu heyvanların, deyək ət məhsulların keyfiyyəti onları daha çox cəlb edir. Onlar bu istiqamətdə maraqlıdırlar. Biz onlara bu məhsulun alışını təşkil edib, Qətərə göndərmək imkanına malik olduğumuzu bildirmişik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...