FED-in qərarından sonra dünyada yalnız manat bahalaşıb

FED-in qərarından sonra dünyada yalnız manat bahalaşıb


Mayın 16-18-də inkişaf etməkdə olan ölkələrin valyutaları ticarət əməliyyatlarını "qırmızı zona"da başa çatdırıb. "APA-Economics" xəbər verir ki, buna səbəb ötən gün Federal Ehtiyatlar Sisteminin (FED) sonuncu iclasının protokolunun dərc olunmasıdır. Protokolda qeyd edilib ki, maliyyə bazarlarının iştirakçıları FED-in iyunda faiz dərəcəsinin artırılmasına dırnaqarası baxır.

Protokollar dərc olunduqdan sonra inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollara qarşı təxminən 1% ucuzlaşdı. Bununla yanaşı, "Brent" markalı neftin qiyməti 1,1% azalaraq 49 dollar səviyyəsindən aşağı düşüb.

Qərb analitikləri qeyd edir ki, bütün bunların fonunda stabilliyini qoruyan yeganə valyuta Azərbaycan manatı olub. "Manat FED-in protokollarını inkar edərək 0,41% möhkəmlənib. Baxmayaraq ki, söhbət neft qiymətlərinə birbaşa bağlı olan valyutadan gedir, neft isə ucuzlaşıb. Neftin qiymətinə bağlı olan bütün valyutalar dollara nisbətən ucuzlaşıb. Məsələn, Meksika pesosu 0,76%, Rusiya rublu 0,63%, Braziliya realı 0,6%, Çin yuanı 0,43%, Qazaxıstan təngəsi 0,34% ucuzlaşıb", - deyə analitiklər bildirir.

Analitiklər manatın möhkəmlənməsini bu cür izah edir: "Dağlıq Qarabağdakı sabitlik valyuta treyderlərində optimizm yarada bilib. Manatın məzənnəsinə TAP layihəsinin təməlinin qoyulması da ciddi təsir edib". Ekspertlər hesab edir ki, yaxın genlər ərzində Rusiya rublu azacıq bahalaşacaq, Azərbaycan manatı isə stabilliyini qoruyacaq. Buna səbəb neft qiymətlərinin hələ də yüksək olmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...