Yağış yağıb, güclü külək əsib

Yağış yağıb, güclü külək əsib


Aprelin 16-ı gündüzdən aprelin 17-i səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçmiş, arabir güclü qərb küləyi əsib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-15 , Böyük Qafqazda 1-44, Mərkəzi Aran rayonlarında 1-19 , Lənkəran-Astara zonasında 4-32, Naxçıvan MR-da 0-1 , Kiçik Qafqazda 2-3 , Qazax-Gəncə zonasında 0,4-2 mm təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...