Vasif Talıbov naxçıvanlılara bayraq paylayıb

Vasif Talıbov naxçıvanlılara bayraq paylayıb


Ordumuzun Qarabağdakı erməni işğalçılarına qarşı həyata keçirdiyi uğurlu əməliyyat ərəfəsində milli bayrağımıza olan tələbatın artması bəzi fürsətçilərin onun qiymətini qaldırması ilə nəticələndi

Şəhidlərin dəfni, ordumuza dəstək yürüşləri zamanı insanların bayrağımıza sarılması bayraq satan mağaza və dükanlarda növbələr yaratdı.

Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri Vasif Talıbovun göstərişi ilə insanlara milli bayraq pulsuz paylanıb. Həmin günlərdə Naxçıvanda milli bayraq almaq istəyən vətəndaşlara mağazalarda bayraq pulsuz verilib.

Belə məsələlərdə Azərbaycanın müxtəlif bölgələrindəki əksər rəhbər işçilərin Vasif Talıbovu örnək götürməsində böyük fayda var. Millətin vətənpərvərlik hisslərinin yüksək olduğu dövrdə bayrağın qiymətini süni şəkildə qaldırmaq isə sadəcə vicdansızlıqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...