500-ə qədər idmançının dopinq istifadə etdiyi açıqlandı
Bakı Avropa Oyunlarında 500-ə qədər idmançının dopinq istifadə etdiyi açıqlandı
Məşhur tennisçi Marina Şarapovanın qanında aşkarlanan və onun parlaq idman karyerasına böyük zərbə vuran meldoniypereparatı ötən il keçirilən Bakı Avropa Oyunlarında atletlər tərəfindən kütləvi istifadə olunub.
Virtualaz.org xəbər verir ki, bu barədə Britaniyanın idman təbabəti jurnalı “BritishJournal of SportsMedicine” tərəfindən aparılan araşdırmada deyilir. Araşdırmanın nəticələri barədə Britaniya mətbuatı, o cümlədən “TheTelergaph” qəzeti yazır.
Araşdırmaya əsasən Bakı Avropa Oyunları zamanı 500-ə yaxın idmançının meldoniypereparatından istifadə etdiyi müəyyən edilib. Lakin bir mühüm nüans var ki, həmin vaxt Beynəlxalq Antidopinq Agentliyi (WorldAntiDopingAgency`s-WADA) meldoniypereparatını idmançıların istifadəsi üçün qadağan edilmiş pereparatlar siyahısına daxil etməmişdi. Bununla belə agentlik pereparatı monitorinq altına almışdı və onun dopinq təsiri göstərdiyinə dair şübhələri araşdırırdı. WADAmeldoniyi bu il yanvarın 1-də qadağan edib. Marina Şarapovanın isə bu pereparatdan qadağadan sona istifadə etdiyi müəyyən olunub.
“BritishJournal of SportsMedicine” tərəfindən aparılan araşdırmada müəyyən olunub ki, Bakı oyunlarında idmançıların bu pereparatdan istifadə səviyyəsi “qorxunc” həddə olub. Oyunların 13 medalçısının həmin vaxt qadağan edilməyən bu pereparatdan istifadə etdiyi təsdiqlənib. Yarışlara qatılan idmançılardan 762-nin sidik nümunələrinin analizi göstərib ki, onlardan 66-nın qanında meldoniy var.
Araşdırmada belə nəticəyə gəlinir ki, yarışlara qatılan 5632 idmançı arasında bu nisbət təxminən 490 idmançı edir. Hərçənd ki, araşdırma müəllifləri bu rəqəmin yüksək ola biləcəyini istisna etmir. Çünki meldoniypereparatından istifadə yarışlara qatılan 21 ölkədən ancaq 7-də lisenziyalaşdırılmışdı. “Bu nəticələr göstərir ki, həmin pereparat əsasən sağlam idmançı nəsli arasında resept üzrə həddən artıq və qeyri-rasional şəkildə istifadə olunub”-araşdırmada deyilir.
Araşdırmaya əsasən qanında meldoniy aşkarlanan 66 idmançıdan cəmi 23-ü bu pereparatı istifadə etdiyini təsdiq edib. Hərçənd ki, həmin vaxt bu pereparatdan istifadə qadağan deyildi. Habelə cəmi iki milli olimpiya komitəsi meldoniypereparatını Azərbaycana apardıqlarını təsdiq edib.
Bildirilir ki, WADA London Olimpiya Oyunları və Paralimpiya Oyunları zamanı meldoniumpereparatından ayrı-ayrı idmançıların istifadə etdiyinə dair məlumatlar əsasında bu pereparatı monitorinq altına alıb. Meldoniy Latviyada istehsal olunur, əsasən keçmiş sovet respublikalarında ürək xəstəliklərinin müalicəsi üçün tətbiq edilən dərmandır. WADA bu pereparatdan istifadənin idmançıların göstəricilərinə təsir ediyinə dair “sübutlar” əsasında onu dopinq siyahısına daxil edib.
Xatırladaq ki, meldoniy Şarapova ilə yanaşı daha bir neçə məşhur rusiyalı idmançıda aşkarlanıb. Şarapova bu pereparatdan istifadə etdiyini özü etiraf edib və barəsində Beynəlxalq Xokkey Federasiyası tərəfindən araşdırma başladılıb. Əgər araşdırma nəticəsində Şarapovanınmeldoniydən bilərəkdən istifadə etdiyi təsdiqlənərsə onu yarışlardan 4 illik diskvalifikasiya gözləyir. Əgər idmançının peraparatı bilmədən istifadə etdiyi müəyyən olunsa onun cəzası yüngül olacaq. Bu halda onu 2 illik diskvalifikasiya gözləyir.
Rusiyada bir çoxları hesab edir ki, meldoniy ətrafında başlayan bu qalmaqal siyasidir və məqsəd rus idmanına zərbə vurmaqdır. USA Today qəzeti isə yazıb ki, bu pereparat ABŞ-ın antidopinq agentliyi USADA-nın müraciəti əsasında qadağan edilib. 2014-cü ildə USADA konfidensial mənbələrdən məlumat əldə edib ki, Şərqi Avropadan olan idmançıların arasında bu pereparatdan istifadə geniş yayılıb. Bundan sonra Arizona ştatında keçirilən illik forumda USADA bu pereparatın qadağan edilməsi məsələsini qoyub. Ardınca WADA təsadüfi seçilmiş 8300 idmançıdan götürülmüş analizlər əsasənda müəyyən edib ki, onların 2.2 faizinin qanında meldoniy var. Nəticədə 2015-ci ilin oktyabrında WADA meldoniyin qadağan edilmsi haqda qərar çıxarıb. Qadağa 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.
997 dəfə oxundu