Zika virusu ilə bağlı peyvənd hazırlanır

Zika virusu ilə bağlı peyvənd hazırlanır


Ümumdünya Səhiyyə Təşkilatı Zika virusu ilə bağlı açıqlama verib. Virtualaz.org saytı xəbər verir ki, açıqlamada Zika virusuna qarşı peyvəndlərin yalnız 18 aydan sonra hazır olacağı bildirilib. Hazırda 15 şirkət virusa qarşı penvənd hazırlanması üzərində çalışır. Təşkilatın əməkdaşı Marie-Paule Kieny isə bildirib ki, uşaqların kiçik başlı (mikrosefaliya) doğulmasının səbəbi Zika virusudur. Artıq aparılan araşdırmalarda bu, təsdiqini tapıb. ÜST hamilə qadınlara müraciət edərək 6 aydan sonra mütəmadi ultrasəs müayinəsindən keçmələrini tövsiyə edib.

Xatırladaq ki, artıq Rusiyada Zika virusuna yoluxma qeyd alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...