Bakıda köhnə binalar söküləcək

Bakıda köhnə binalar söküləcək


Bakının doqquz mikrorayonundakı istismar müddəti bitmiş köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanır. Bu barədə sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazirin sözlərinə görə, konsepsiyaya əsasən, bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: “Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”, deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...