"Texnikabank"ın 20 mindən çox əmanətçisinə 123,2 mln. manat kompensasiya veriləcək

"Texnikabank"ın 20 mindən çox əmanətçisinə 123,2 mln. manat kompensasiya veriləcək


Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılıb.

“APA-Economics”in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib ki, bu bankın 20 340 qorunan əmanətçisinə 123 mln. 166 min 426 manat kompensasiya veriləcək.

Xatırladaq ki, 30 iyul 2007-ci ildən fonda üzv olan “Texnikabank” ASC-də 4 fevral 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Fondun Himayəçilik Şurasının fevralın 11-də verdiyi qərara əsasən sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilib.

Ərizə formalarını qorunan əmanətçilər 12 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin filiallarından, agent banklarin filiallarından və www.adif.az saytından əldə edə bilər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Texnikabank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər.

Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...