Beynəlxalq Bank nizamnamə kapitalını 1,141 mlrd. manata çatdıracaq

Beynəlxalq Bank nizamnamə kapitalını 1,141 mlrd. manata çatdıracaq


“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

ABB-dən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb. Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 mln. manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 mlrd. 141,3 mln. manata çatdırılması qərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...