Dəmiryolunda qiymət artır

Dəmiryolunda qiymət artır


50 faizdən az olmayaraq bahalanma ola biləcəyi ehtimal edilir

"Dəmir yolları vasitəsi ilə ölkədaxili sərnişindaşınma tariflərində hər hansı dəyişiklik yoxdur”. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov Amerikanın Səsinə bildirib. Bununla yanaşı, Muradov dəmir yolları vasitəsi ilə ölkədaxili sərnişindaşımanın heç zaman rentabelli olmadığını bildirib. Nazirlər Kabinetinin bu il fevralın 7-də dərc olunmuş qərarına əasasən, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib. “Respublika ərazisində dəmir yolları vasitəsi ilə yük və sərnişin daşıma” sözləri siyahıdan çıxarılıb. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkə daxilində yük daşımaları tariflərini bazarın konyunkturundan asılı olaraq müəyyən edir və yenidən baxırdı. Sərnişin qatarlarında gediş haqqını isə Tarif Şurası müəyyən edirdi. Sonuncu dəfə bilet tariflərinə 2011-ci ildə yenidən baxılıb. Amma sərnişin daşınması ziyanlı idi və yük daşımalarından gəlirlər hesabına örtülürdü.

Göründüyü kimi, Nazirlər Kabineti yuxarıdakı qərarı ilə artıq sərnişin daşınmasında qiymətlərin liberallaşmasına yol açıb. Mütəxəssislər dəmiryolu nəqliyyatında gediş haqlarının 50%-dən az olmayaraq bahalana biləcəyini ehtimal edir. Hazırki tariflərlə 551-600 kilometr məsafə üçün sərnişindaşımada qiymətlər ümumi vaqonlarda hər sərnişin üşün - 3,2 man, plaskart vaqonlarda 7 manat, kupe vaqonlarda - 12 manat, SV vaqonlarda 20 manatdır. Yaxın məsafələrdə qiymətlər nisbətən bahadır.

Beləliklə, Bakıdan Ağstafaya sərnişin qatarında bir adam üçün biletin qiyməti 14 manat, Bakı-Gəncə 11 manat, Bakı-Gəncə “Express” qatarında 6 manat, Bakı-Yalama elektirk qatarında 3 manatdır.

Dövlət Statistika Komitəsinin sərnişindaşıma üzrə məlumatına görə,2014-cü ilin yanvar-sentyabr aylarında ölkə dəmir yollarında sərnişindaşımaya 41.284 min manat xərclənib əvəzində 11.244 min manat vəsait əldə edilib. 2015-ci ilin yanvar-sentyabr ayında isə 36.705 min manat xərclənib, əvəzində cəmi 9.317 min manat vəsait əldə eidlib. Göründüyü kimi, 2015-ci ilin ilk 3 rübündə dəmir yolu vasitəsi ilə sərnişindaşımada 27.388 min manat ziyan olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...