Jurnalistlərin təsis etdiyi Fond da mina təmizləyəcək – ANAMA 5,3 milyon ayırıb

Jurnalistlərin təsis etdiyi Fond da mina təmizləyəcək –
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq Avrasiya Mətbuat Fondu (VÖEN – 1300118421) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə, ANAMA işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinin satın alınması üçün Beynəlxalq Avrasiya Mətbuat Fonduna 5 milyon 268 min 87 manat 32 qəpik ödəyəcək.
Qeyd edək ki, Qeyi-Hökumət Təşkilatı (QHT) olan Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildən fəaliyyət göstərir. Fonddan verilən məlumatda bildirilir ki, bu təşkilat müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılıb. Açıqlanan məlumatlarda təşkilatın 5 əsas fəaliyyət istiqamətinin olduğu bildirilir:
- media və vətəndaş cəmiyyətinin inkişafı;
- icma inkişafı;
- qaçqınların/məcburi köçkünlərin problemləri;
- sülhməramlı aksiyalar və münaqişələrin həlli;
- təhsil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...