"Bir neçə banka birləşmək üçün 1 ay vaxt verilib" - Elman Rüstəmov

"Bir neçə banka birləşmək üçün 1 ay vaxt verilib" -


"Zəif, problemi olan banklar sistemdən uzaqlaşdırılmalıdır". APA-nın Mil-Muğan müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

AMB sədri qeyd edib ki, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir: "Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi".

E. Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib: "Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...