İcra Hakimiyyəti orqanlarında da Apellyasiya şuraları yaradılacaq

İcra Hakimiyyəti orqanlarında da Apellyasiya şuraları yaradılacaq


Azərbaycan prezidenti İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...