Sabah güclü külək əsəcək, yağış yağacaq

Sabah güclü külək əsəcək, yağış yağacaq


Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Editor.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...