Məktəblərdə və baxçalarda "donuz qripi" hazırlıqları

Məktəblərdə və baxçalarda "donuz qripi" hazırlıqları


Azərbaycanda “donuz qripi” xəstəliyi ilə əlaqədar təhsil müəssisələrində əlavə tədbirlər həyata keçirilməyə başlanılır. Bunu Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onuin sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən yeni əmr hazırlanıb. Əmrə əsasən, bu gündən başlayaraq, bütün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində Şəhər Dezinfeksiya Stansiyaları tərəfindən dezinfeksiya işləri aparılır. Məktəbəqədər müəssisələrdə şənbə və bazar günləri dezinfeksiya tədbirləri həyata keçiriləcək.

A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin göstərişinə əsasən, bütün tibb müəssisələrində qoruyucu maskalardan istifadə edilir: “Məktəblərdə, uşaq bağçalarında uşaqlar tibbi baxışdan keçirilir. Hər hansı şəxsdə resperator virus infeksiyası qeydə alınarsa, həmin uşaq müəssisədən kənarlaşdırılmalıdır. Ondan sonra həmin şəxslər haqqında müvafiq qurumlara məlumat verilməlidir. Ərazi poliklinikası tərəfindən onların müalicəsi həkim təyinatı altında aparılacaq”.

Direktor müavini bildirib ki, infeksiyaların hava-damcı yolu ilə keçməsi nəzərə alınaraq, sinif, qrup otaqlarının havasının dəyişdirilməsi, nəm üsulla cari dezinfeksiya işlərinin aparılması kimi tədbirlər də həyata keçirilir.

A.Əliyeva əlavə edib ki, Azərbaycanda “donuz qripi” ilə əlaqədar dərman preparatları, dezinfeksiyaedici maddələr, müxtəlif qoruyucu ləvazimatlarla təminat yüksək səviyyədədir: “Azərbaycanla həmsərhəd olan ölkələrdə “donuz qripi” hadisələri qeydə alınır. İndi həm də hava-damçı yolu ilə keçən infeksiyaların yayılma mövsümüdür. Bütün bu əlavə tədbirlər “donuz qripi”nin Azərbaycana gətirilməsinin qarşısının alınmasına yönəlib və yüksək səviyyədə həyata keçirilir”.

Hazırda Azərbaycanda epidemioloji durumun sabit olduğunu deyən A.Əliyeva qeyd edib ki, ölkədə bu günədək “donuz qripi” xəstəliyi qeydə alınmayıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...