Fəzail Ağamalı yeni deputatların passivliyindən DANIŞDI

Fəzail Ağamalı yeni deputatların passivliyindən


V çağırış Milli Məclisə seçkilərdə 27 deputat ilk dəfə mandat qazandı. Milli Məclis yeni tərkibdə fəaliyyətə başlayandan sonra istər komitə, istər plenar iclaslarda jurnalistlərin diqqəti həm də ilk dəfə mandat qazanmış deputatlara yönəlir. Amma onlar çoxlarının gözlədiyinin əksinə olaraq, passivlik nümayiş etdirilər.

Milli Məclisin dekabrdan bu günə kimi keçirilən iclaslarında yalnız köhnə deputatlar danışıb, bu və ya digər məsələlərə münasibət bildiriblər. Yeni deputatlar isə susmağa üstünlük verirlər. Məsələyə münasibət bildirən parlamentin stajlı deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında ilk dəfə mandat qazanmış həmkarlarının susqunluğuna belə reaksiya verib.

“Yəqin onlar adaptasiya mərhələsini keçirlər. Darıxmayaq, şübhəsiz danışacaqlar. Bir neçə iclas geridə qalıb. Yeni seçilənlərdən bir nəfər, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov hətta yaxşı çıxış elədi, İnzibati Xətalar Məcəlləsi haqqında təqdimat etdi, həm də özünü yaxşı göstərdi. Düşünürəm ki, ilk dəfə seçilən deputatlar prosesləri izləyir, müəyyən kompleüksləri özlərindən uzaqlaşdırırlar. İnanıram ki, növbəti sessiyalarda özlərini göstərəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1032 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...