AzercellPlus Musiqi xidməti ilə hər gün milyonlarla mahnılar smartfonunuzda

AzercellPlus Musiqi xidməti ilə hər gün milyonlarla mahnılar smartfonunuzda


Ölkənin lider mobil operatoru Azercell Telekom özünün Azercell Plus xidmətləri çərçivəsində musiqisevərlər üçün Azercell PlusMusiqixidmətini yenidən təkmilləşdirərək abunəçilərinin istifadəsinə təqdim edib. Artıq Azercell abunəçiləri xidmətini aylıq yox, günlük sifariş edə, 28 000 000 mahnı dinləyə, eləcə də, öz fərdi musiqi siyahılarını yarada bilərlər.

Xidmətə qoşulmaq üçün*701#YES kodunu yığmaq və SMS ilə gələn mobil əlavəni yükləmək kifayətdir ki, bu zaman abunəçi 7 gün ərzində Premium xidmətindən pulsuz istifadə imkanı qazanır. Azercell Plus Musiqi xidməti GooglePlay və AppStore sistemlərində Zvooq xidməti tərəfindən təmin olunur. Qeyd edək ki, xidmətin günlük abunə haqqı 0,25 qəpik təşkil edir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.
Xidmətə AzercellPlusilə qoşulmağın bir çox üstünlükləri var. Bunlar arasında xidmətdən günlük istifadə etmək imkanı, bu isə mobil xərclərə qənaət deməkdir, Azercell Müştəri Xidmətləri tərəfindən 24/7 tam dəstək, kartsız ödəniş imkanı və s.

Qeyd etmək lazımdır ki, Azercell Plus Musiqi xidmətində istənilən zövqə, əhval-ruhiyyəyə, eləcə də janrlara uyğun olan müxtəlif musiqi siyahıları cəmlənib. Bu xidmətinköməyilə abunəçilər öz zövqlərinə uyğun musiqi siyahılarını yükləyib sonradan onları istənilən qədər offlayn rejimdə dinləyə bilərlər.

Abunəçilər Azercell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565, E-poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...