“Azərbaycanda “Honkonq qripi“ qeydə alınmayıb” - Səhiyyə Nazirliyi

“Azərbaycanda “Honkonq qripi“ qeydə alınmayıb” -


“Bu il Azərbaycanda 2 nəfərdə qrip (A qripinin H3N2 virusu) aşkarlanıb ki, onlar da bu xəstəliyi çox yüngül formada, adi respirator infeksiya kimi keçiriblər. Bunu “Honkonq qripi” adlandırmazdım, bu, mövsümi qripdir” Bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Azərbaycanda "Honkonq qripi"nin qeydə alınmadığını deyən A.Əliyeva əlavə edib ki, “Honkonq qripi” daha kəskindir və o, pandemik hesab olunur: “Amma Azərbaycanda ağır gedişli xəstəlik, yəni laborator təsdiq olunmuş xəstələr arasında ağır gedişli xəstəlik faktı olmayıb. H3N2 viruslu aşkarlanan xəstələr xəstəliklərini çox yüngül keçiriblər”.

A.Əliyeva qeyd edib ki, bu il payız-qış mövsümündə müayinə üçün 265 material götürülüb. Onların 5-də paraqrip, 6-da Adena virus, yəni kəskin respirator virus infeksiyaları, 2 nəfərdə isə qrip (A qripinin H3N2 virusu) aşkar olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
962 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...