Bədənimizdə yeni orqan kəşf edilib - İndiyədək alimlər səhv fikirdə olublar

Bədənimizdə yeni orqan kəşf edilib -


İnsan bədənində həzm sisteminə aid olan “mezenter” adlı yeni orqan kəşf edilib.

FaktXəbər-in AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, 2012-ci ildən irlandiyalı professor Kelvin Koffinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, "mezenter" ayrı-ayrı hissələrdən deyil, bütöv orqandan ibarətdir. Bu kəşf nəticəsində insan bədənində orqanların sayı 79-a yüksəlib.

Orqan olaraq elan edilən hissəciyin funksiyasının tam olaraq nədən ibarət olması hələ də müəyyənləşdirilməyib. Lakin alimlər bu kəşfdən sonra elmin insan orqanizmi haqqında 100 illərdir, səhv fikirdə olduğunu etiraf ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...