Ebru ilə Rza boşanmaqdan imtina etdi
Boşanmağa hazırlaşan Rza Zərrab-Ebru Gündeş cütlüyü barışıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılacaqları gözlənilən məşhur cütlük boşanmaq fikrindən daşınıb. Onların artıq barışdığı məlum olub.
Qeyd edək ki, hazırda ABŞ-da məhbəs həyatı yaşayan R.Zərrab vəkili Volga Gökçe vasitəsiylə mediaya bildirmişdi ki, müğənninin boşanma tələbi iyulun 13-də ona çatdırılıb. Hətta E. Gündeş prosesin sürətləndirilməsini tələb edib.
Rza Zərrab bəyanatında bunları bildirmişdi: “13.09.2016-cı ildə arvadım Ebru Gündeş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb. Eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq, arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm”.
Daha sonra Gündəşin məhkəməyə müraciət etməməsi ayrılıq qərarını təxirə salmaları barədə xəbərlərin yayılmasına səbəb olmuşdu. İddiaya görə, ayrılmamağa qərar verən E.Gündeş R.Zərraba aid İstanbul Kanlıcadakı villadan da köçməyərək villanın mebellərini yeniləmişdi.
943 dəfə oxundu